Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Həmas silahı təhvil verməsə, çox pis hadisələr baş verə bilər - ABŞ vitse-prezidenti
dünya

Həmas silahı təhvil verməsə, çox pis hadisələr baş verə bilər - ABŞ vitse-prezidenti

21-10-2025 21:00 26 Views
IMG

Əgər razılaşma pozularsa çox pis hadisələr baş verə bilər.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Cey Di Vens deyib.

Məlumata əsasən, o, Qəzzadakı atəşkəslə bağlı ABŞ–İsrail koordinasiya mərkəzində keçirilən mətbuat konfransında gələcəkdə Qəzzanı hansı hökumətin idarə edəcəyini əvvəlcədən demək düzgün olmaz deyə bildirib:

“Əvvəlcə həm israillilərin, həm də fələstinlilərin təhlükəsizliyini təmin etmək lazımdır”. 

Vens İsrailə bu həftə səfərinin məqsədinin razılaşmanı gücləndirmək olmadığını vurğulayıb. Onun səfəri, ötən bazar Həmasın hücumu nəticəsində iki israilli əsgərin ölümü və ardınca İsrail ordusunun Qəzzaya hava zərbələri endirməsindən sonra baş tutub.

Lakin vitse-prezident bildirib ki, bu səfərin planı aylar öncədən hazırlanmışdı.

Aysel Şirinova