Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Sergey Lavrov artan xarici təhdidlər və daxili işlərə müdaxilə cəhdləri qarşısında Venesuela hökuməti və xalqı ilə həmrəyliyini, habelə Karakasın milli suverenliyinin qorunması səylərinə hərtərəfli dəstəyini bir daha təsdiqlədi," - Xarici İşlər Nazirliyinin saytında deyilib.
Lavrov həmçinin qeyd edib ki, Moskva bütün ölkələrin və regionların sabit, müstəqil inkişafını, eləcə də Latın Amerikası və Karib hövzəsinin sülh zonası kimi qorunmasının tərəfdarıdır.