Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşadan Putinə xəbərdarlıq: Hava məkanımızdan istifadə edilməsin
dünya

Polşadan Putinə xəbərdarlıq: Hava məkanımızdan istifadə edilməsin

21-10-2025 15:00 17 Views
IMG

Polşa Putinə ABŞ prezidenti Donald Trampla Macarıstanda keçiriləcək sammitə gedərkən ölkəsinin hava məkanından uçmamaq barədə xəbərdarlıq edib.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.


“Müstəqil Polşa məhkəməsinin hökumətə belə bir təyyarəni endirmək və şübhəlini Haaqa məhkəməsinə təhvil verməyi əmr etməyəcəyinə zəmanət verə bilmərəm”,- deyə nazir vurğulayıb.


Elmin Alışov