ABŞ prezidenti Donald Tramp Çin prezidenti Xi Jinping ilə çox güclü ticarət sazişi bağlayacağına inandığını bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Düşünürəm ki, biz razılaşacağıq. Bizi nadir elementlərlə hədələdilər, mən onları tariflərlə hədələdim, amma mən də onları təyyarələr kimi bir çox başqa şeylərlə də təhdid edə bilərəm. Çünki onlar öz təyyarələri üçün hissələri tapa bilmirlər”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov