Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin Kuba ilə hərbi əməkdaşlıq qanunu imzaladı
dünya

Putin Kuba ilə hərbi əməkdaşlıq qanunu imzaladı

15-10-2025 20:00 15 Views
IMG

Rusiya prezidenti Vladimir Putin Kuba ilə hərbi əməkdaşlıq haqqında hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, 2025-ci ilin martında Havana və Moskvada Rusiya Federasiyası və Kuba Respublikası hökumətləri arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.

Bildirilib ki, sənəd ikitərəfli hərbi əməkdaşlığın məqsədlərini, istiqamətlərini və formalarını müəyyən etmək üçün zəruri olan hüquqi bazanı təmin edəcək, həmçinin Rusiya Federasiyası ilə Kuba arasında bu sahədə əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfə verəcək. 

Aysel Şirinova