İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanında püskürmələr baş verib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Partlayışlardan yaranan kül və tüstü təxminən 10 kilometr yüksəkliyə qalxıb. Nəticədə yaranan qaz buludları şimala və şimal-şərqə yönəldilib.
Sakinlərdən vulkana yaxınlaşmamağa və kül dumanı səbəbindən maska taxmağa çağırılıb.
Elmin Alışov