Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "ABŞ Rusiya ilə münaqişə istəmir" - Konqres üzvü
dünya

"ABŞ Rusiya ilə münaqişə istəmir" - Konqres üzvü

14-10-2025 20:00 18 Views
IMG

NATO-ya üzv dövlətlər elə davranırlar ki, sanki soyuq müharibə hələ də davam edir, lakin ABŞ Rusiya ilə münaqişə istəmir.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü vurğulayıb.

"Niyə NATO ölkələri sanki soyuq müharibənin içindəyik kimi davranmağa davam edirlər? NATO-nun bir nömrəli məqsədi sülh olmalıdır. Bill Klinton Rusiyanın NATO-ya daxil olmasını dəstəklədi. ABŞ Rusiya ilə müharibə istəmir", - deyə X-də yazıb. 

Nümayəndələr Palatasının üzvü  bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə və Rusiya ilə əlaqələrin normallaşdırılmasına sadiqdir.

"Mən onu 100% dəstəkləyirəm. Kölgədə fəaliyyət göstərən, bu sülh danışıqlarını pozmağa çalışanlar qalib gəlməyəcək", - o əlavə edib. 

Aysel Şirinova