Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya səfiri Moldovadakı seçki kampaniyasını ən çirkli seçki kampaniyası adlandırıb
dünya

Rusiya səfiri Moldovadakı seçki kampaniyasını ən çirkli seçki kampaniyası adlandırıb

26-09-2025 20:00 46 Views
IMG

Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldovadakı hazırkı seçki kampaniyasını indiyə qədər qarşılaşdığı ən çirkli seçki kampaniyası adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Açığını deyim ki, mən daha pis seçki kampaniyası görməmişəm. Fransa və İngiltərə də daxil olmaqla uzun müddətdir demokratiya modeli hesab edilən bir çox ölkələrdə işləmişəm və yaşamışam. Təbii ki, orada da çox pis hücumlar olub. Ancaq yalan, böhtan və faktların təhrif dərəcəsi baxımından, əlbəttə ki, Moldova kampaniyası məni təəccübləndirdi," - deyə, o, bildirib.

Aysel Şirinova