ABŞ şəhərlərinin küçələrində yerləşdirilən amerikalı hərbçilərin sayı iyul ayından bəri 75% artaraq 35 min nəfərə çatıb. Onlar ölkə üzrə anti-immiqrasiya proqramlarında iştirak edirlər.
Tvit.az xəbər verir ki, bu "The Intercept" portalı məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın qərarına əsasən, ən azı beş ştatın – Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Floridanın – bir sıra şəhərlərində Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Dəniz Piyadaları Korpusunun və Milli Qvardiyanın hərbçiləri yerləşdirilib.
Qvardiyaçıların sayı 2025-ci il yanvarın 20-dən bəri ABŞ ərazisində təxminən 23 866 nəfər olub.
Qeyd edilib ki, yerləşdirilən hərbçilərin real sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər.
Aysel Şirinova