Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Lukaşenko ölkəyə rəhbər axtarır
dünya

Lukaşenko ölkəyə rəhbər axtarır

17-09-2025 22:00 41 Views
IMG

Belarus lideri Aleksandr Lukaşenko gələcəkdə respublika başçısı postunu tuta biləcək şəxsləri axtardığını deyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Cəmiyyətdə gələcək prezidentləri də axtarıram və görmək istəyirəm. Amma çoxlu şəxsləri nəzərdən keçirirəm və görürəm ki, bunu daşımaq, çəkib aparmaq mümkün olmayacaq”, – deyə o, bildirib.

Lukaşenkonun sözlərinə görə, prezident işi çox ağır zəhmət və böyük məsuliyyətdir. O həmçinin əlavə edib ki, namizəd müəyyən keyfiyyətlərə sahib olmalıdır. Respublika liderinin fikrincə, əgər təbiətən prezidentlik qabiliyyəti yoxdursa, Belarusiya prezidentliyinə namizəd olmaq daha yaxşı deyil:

"Prezident mütləq barıt qoxusu duymuş, möhkəm olmalıdır", - o əlavə edib.

Aysel Şirinova