Bütün ölkələr Rusiya ilə münasibətlər haqqında düşünməyi dayandırmalı və diqqətlərini Ukraynaya yönəltməlidirlər.
Tvit.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Sky News” nəşrinə müsahibəsində deyib.
"Bütün ölkələr yalnız özləri və Rusiya ilə gələcək münasibətləri haqqında düşünməyi dayandırmalı və Ukrayna haqqında daha çox düşünməlidirlər, çünki bu, bu günün məsələsidir”,- deyə Zelenski bildirib.
Elmin Alışov