Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb
sosial

Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb

09-09-2025 20:00 41 Views
IMG

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında yeni Hemodializ şöbəsi istifadəyə verilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri yeni qurulan şöbənin fəaliyyəti ilə tanış olublar. Hemodializ şöbəsi haqqında məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bildirib ki, 10 çarpayı ilə təmin olunan yeni şöbədə sutka ərzində 60-a yaxın pasiyentin dializ müalicəsi nəzərdə tutulub. Burada Almaniya istehsalı olan 10 ədəd "Fresenius Medical Care" hemodializ aparatının quraşdırıldığını qeyd edən müəssisə rəhbəri bölgə üzrə xəstəlikdən əziyyət çəkən şəxslərin müalicə işinin təşkilində şöbənin əhəmiyyətli rol oynayacağını vurğulayıb. Dializ zalı, osmos otağı, həkim otaqları və gözləmə zalı yerləşən şöbədə həkimlər, texniklər və tibb bacıları daxil olmaqla, ümumilikdə 34 nəfərlik tibbi heyət fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında da Hemodializ şöbəsi fəaliyyət göstərir və o, 2014-cü ildən pasiyentlərin xidmətindədir.

 

Əlavə edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.