15 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Sumqayıt sakini itkin düşdü

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb.

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub.

Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR