15 C
Baku
Cümə, May 3, 2024

Bizə yaz

Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze ona tələb irəli sürüldüyü üçün ABŞ-yə səfərdən imtina edib.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ səfirinin Gürcüstan hakimiyyətinin strateji tərəfdaşlıq üzrə danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstanın baş naziri ABŞ-yə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Bu isə qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq tələbinə uyğun gəlmir. Bu barədə ABŞ səfirinə ətraflı şəkildə məlumat verilib”, – bəyanatda deyilir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR