17 C
Baku
Şənbə, May 4, 2024

Bizə yaz

“Fransa hazırda Ukrayna münaqişəsində iştirak etməyə hazır deyil” – General

Fransa hazırda Ukrayna münaqişəsində iştirak etməyə hazır deyil.

Tvit.az xəbər verir ki, bu barədə sözləri fransalı general Kristofe Qomard Fransa prezidenti Emmanuel Makronun Ukraynaya Fransa qoşunlarının mümkün göndərilməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

General bildirib ki, müharibə iqtisadiyyatının yaranması halında Fransa müdafiəyə daha çox xərcləməli və silah-sursat ehtiyatı yaratmalı olacaq.

“Müharibə iqtisadiyyatı tətbiq olunarsa, Fransa müdafiəyə daha çox xərcləməli, hazırda mövcud olmayan silah ehtiyatları yaratmalı olacaq”.

Hərbçi qeyd edib ki, hazırda Fransa ayda çətinliklə 3 min mərmi istehsal edir, baxmayaraq ki, Ukraynada belə bir həcm bir gündə istehlak olunur.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR