19 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

İsrail və HƏMAS Qahirədə danışıqlara başladı

Həmas və İsrail arasında Qəzza danışıqları Misirin paytaxtı Qahirədə başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumaatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs danışıqları aparmaq üçün Misirə gəlib.

Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan da danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, məqsəd “tam atəşkəs” və “İsrailin Qəzzadan çıxarılması”dır.

Bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin MKİ direktoru Uilyam Börns də danışıqlarda iştirak etmək üçün Qahirədə olub.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR