15 C
Baku
Cümə, May 3, 2024

Bizə yaz

Amerikalılar irqi-ayrıseçkiliyə görə üzr istədi

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhəri onilliklər boyu davam edən irqçi və ayrı-seçkilik siyasətinə görə afroamerikalılardan rəsmi olaraq üzr istəyib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən San Fransisko Müşahidə Şurasında keçirilən səsvermədə qərarı 11 üzvün hər biri təsdiqləyib.

Müşahidə Şurasının müfəttişlərindən biri olan Şamann Uolton verdiyi açıqlamada: “Bu tarixi qərarla biz San-Fransisko adından Afro-Amerika icmasından və onların nəsillərindən onilliklər boyu sistematik və struktur ayrı-seçkiliyinə, məqsədyönlü zorakılıq və vəhşiliklərə görə üzr istəyirik. Keçmiş siyasət və səhvləri düzəltmək və kompensasiya etmək öhdəliyimizi götürürük”,- deyib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR