Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zəngəzur dəhlizi vasitəsilə ABŞ-nin Çin və Mərkəzi Asiya ilə əlaqələri genişlənir - Politoloq
dünya

Zəngəzur dəhlizi vasitəsilə ABŞ-nin Çin və Mərkəzi Asiya ilə əlaqələri genişlənir - Politoloq

11-08-2025 17:00 54 Baxış
IMG

ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı maraqları bir neçə istiqamətdə öz əksini tapmışdır. Əvvəla Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda möhkəmlənir. İkincisi ABŞ-nin Qafqazlarla yanaşı, Orta Asiya, Çinə qədər ticarət, iqtisad əlaqələrinin miqyası böyüyür.

Bu sözləri politoloq Sədrəddin Soltan Tvit.az-a Donald Trampın Zəngəzur dəhlizindəki strategiyaları barədə danışarkən deyib:

"Bir tərəfdən ABŞ-nin Avropadakı, NATO-dakı müttəfiqləri ilə Mərkəzi Asiya və Çin arasında ticarət əlaqələri üçün alternativ nəqliyyat yolu əldə edilir. Digər tərəfdən, ABŞ Cənubi Qafqazda Rusiyaya alternativ ola biləcəyini göstərir. Amerika göstərir ki, Cənubi Qafqaz yalnız Rusiyanın nüfuz dairəsinə aid deyil. Burada ABŞ-nin də milli maraqları var"

Politoloq, həmçinin əlavə edib ki, Zəngəzur dəhlizinin açılmasında İranla Ermənistanın münasibəti fərqlidir. 

"Ermənistan dalandadır və o xaricə, xüsusilə, Mərkəzi Asiya və Çinə çıxması üçün Zəngəzur dəhlizi vasitəsilə fürsət əldə edir. Bunun Ermənistanın iqtisadi ticarəti üçün çox böyük önəmi var. Bu baxımdan Ermənistan məsələnin reallaşmasından məmnundur. İran isə Ermənistan vasitəsilə regiona təzyiqlər edə bilirdi. Bundan sonra,  Zəngəzur yolu açılacağı halda İran bu imkanlarından məhrum olacaq.

Sədrəddin Soltan vurğulayıb ki, bununla da Cənubi Qafqazda təsir imkanlarından məhrum olur. Belə olan halda, müəyyən mənada Ermənistan üzərində qurduğu layihələrdən məhrum olur. Digər tərəfdən İran istəyir ki, Cənubi Qafqazda aparıcı olsun. Buna səbəb isə Cənubi Qafqaz iki respublikası ilə qonşu olmasıdır. 

Aysel Şirinova