Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda 3 faydalı qazıntı yatağı istifadəyə verildi
sosial

Azərbaycanda 3 faydalı qazıntı yatağı istifadəyə verildi

11-08-2025 18:00 14 Baxış
IMG

Balakən və Oğuz rayonlarında yerləşən 3 faydalı qazıntı yatağının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

 

Məlumata görə, istifadəyə verilən yataqlar Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağıdır (3,5 ha).

 

Hərracı ƏMDX-nın Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi təşkil edib.