Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat “SOCAR”dan "Aİ-95" benzini ilə bağlı AÇIQLAMA: Bu gündən etibarən...
iqtisadiyyat

“SOCAR”dan "Aİ-95" benzini ilə bağlı AÇIQLAMA: Bu gündən etibarən...

05-08-2025 13:00 25 Baxış
IMG

SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

 

Bu barədə   “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər"