Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu agentliyin kollegiyasının tərkibi təsdiqləndi
sosial

Bu agentliyin kollegiyasının tərkibi təsdiqləndi

04-08-2025 18:00 20 Baxış
IMG

Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi haqqında qərar qəbul edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov təsdiqləyib.

 

Qərara əsasən, kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

Agentliyin sədri

Kollegiyanın üzvləri

Agentlik sədrinin I müavini

Agentlik sədrinin müavinləri

Agentliyin aparat rəhbəri

Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri

Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri

Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi

Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin İdarə Heyətinin sədri

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun İdarə Heyətinin sədri.