Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb
hadisə

Mingəçevirdə qadın piyadanı avtomobil vuraraq öldürüb

01-08-2025 22:00 42 Baxış
IMG

Mingəçevir şəhərində qadın piyadanı avtomobil vuraraq öldürüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub.


Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib, hazırda onun kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.