Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Turizm və rekreasiya zonalarında bunları etmək olmaz - Prezident təsdiqlədi
sosial

Turizm və rekreasiya zonalarında bunları etmək olmaz - Prezident təsdiqlədi

30-10-2024 16:00 28 Baxış
IMG

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənib.

“Tvit.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Turizm haqqında” qanuna dəyişikliyi təsdiq edib.

Turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət,

- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət