Çini geridə qoyaraq süni intellekt yarışında qalib gəlməli olduqlarını deyən ABŞ prezidenti Donald Tramp bu sahədəki şirkətlərin yolunu əhəmiyyətli dərəcədə açacaq 3 sərəncam imzalayıb.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
“Biz federal icazələri sürətləndirmək, yoxlamaları sadələşdirmək və bütün əsas süni intellekt infrastruktur layihələrində tikintini sürətləndirmək üçün bu icra sərəncamlarını imzalayırıq”,- deyə Tramp bildirib.
Elmin Alışov