Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi
idman

"Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi

08-07-2025 19:00 27 Baxış
IMG

"Arsenal" "Leypziq"in hücumçusu Benjamin Şeşko ilə bağlı transfer planlarından imtina edib.

 

Tvit.az "Goal" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi diqqətini Lissabonun "Sportinq" klubunda çıxış edən Viktor Qyökereşə yönəldib. Artıq isveçli futbolçu ilə ilkin razılığın əldə olunduğu bildirilir.

 

"Topçular"ın Şeşkonun transferindən imtina etmələrinə səbəb kimi "Leypziq" rəhbərliyinin danışıqlarda sərgilədiyi sərt mövqeyi göstərilir. Klublar əvvəlcə yaxşı münasibətdə olsalar da, almanlar 22 yaşlı sloveniyalı hücumçuya görə 90 milyon avrodan yüksək məbləğdə israrlı olublar. Bu isə "Arsenal" rəhbərliyində narazılıq yaradıb.

 

Şeşko ötən il də "Arsenal"a keçmək şansı əldə etmişdi, ancaq gənc forvard o vaxt inkişafı üçün bir mövsüm də "Leypziq"də qalmağı üstün tutmuşdu. London klubu isə onun qiymətinin bu qədər yüksələcəyini gözləmirdi.