Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial DYP-dən motosiklet və skuter sürücülərinə çağırış
sosial

DYP-dən motosiklet və skuter sürücülərinə çağırış

08-07-2025 12:00 41 Baxış
IMG

Son illərdə ölkəmizdə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb. Lakin təəssüf ki, həmin nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil. Nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.

"Tvit.az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu cür növ nəqliyyat vasitələrinin sürücülərinə vacib məsələləri bir daha xatırladıb:

- Moped, motosiklet, velosiped, eləcə də, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. Svetoforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.

- Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə olunmalıdır. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işiqqaytarıcı elementlər olan geyimlərdən istifadə edilməsi tövsiyə olunur.

- Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatı üçün ciddi təhlükədir.

- Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir.

- Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin etməlidirlər.

- Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır.

Unutmayaq: Bir anlıq ehtiyatsızlıq, ömürlük peşmançılığa səbəb ola bilər!