Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran prezidenti Putini təbrik edib
dünya

İran prezidenti Putini təbrik edib

12-06-2025 17:00 44 Baxış
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini və xalqını Rusiya Milli Günü münasibəti ilə təbrik edib. 


Tvit.az xəbər verir ki, bu barədə "İrna" məlumat yayıb.


Məlumata görə, təbrik mesajında İran və Rusiya arasında artan əməkdaşlığa toxunan Pezeşkian deyib:


“Xoşbəxtlikdən, Tehran və Moskva arasında əməkdaşlıq getdikcə artaraq strateji səviyyəyə yüksəlib".


Pezeşkian bu proses davam etdikcə İranla Rusiya arasında ikitərəfli, eləcə də regional və beynəlxalq əməkdaşlığın gündən-günə genişlənəcəyinə əmin olduğunu vurğulayıb. O, qeyd edib ki, iki ölkənin xalqları bu münasibətlərdən faydalanacaq. 


Elmin Alışov