Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirib
dünya

Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirib

12-06-2025 15:00 39 Baxış
IMG

Ukrayna və Rusiya İstanbulda keçirilmiş ikinci danışıqlar raundu çərçivəsində əldə olunan razılaşmalar əsasında növbəti hərbi əsir mübadiləsini həyata keçiriblər.

Tvit.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, bu gün, 12 iyun tarixində tərəflər yaralanmış və ağır yaralanmış hərbçi qruplarını öz ölkələrinə qaytarıblar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu gün evə Milli Qvardiyanın və sərhəd xidmətinin hərbçiləri qaytarılıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, qarşılığında Ukrayna Silahlı Qüvvələrinin analoji sayda hərbi əsiri təhvil verilib.

Aysel Şirinova