Rusiya və Ukrayna, Qətərin vasitəçiliyi ilə hərbi əsirlərin qohumlarına ünvanlanmış məktublar mübadiləsi aparıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Telegram -da məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfini ombudsman Dmitri Lubinets təmsil edib.
Mübadilə Qətərin paytaxtı Dohada baş tutub. Moskva və Kiyev nümayəndələri də məhbusların mübadiləsini sürətləndirmək üçün məsul orqanlara kömək etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, oktyabrın 18-də Rusiya 95 hərbi qulluqçusunu Ukrayna əsirliyindən geri qaytarıb. 95 nəfər isə Ukraynaya təhvil verilib.
Aysel Şirinova