Rusiya prezidenti Vladimir Putin yeni pontifi seçilməsi münasibəti ilə mütləq təbrik edəcək.
Tvit.az xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bundan əvvəl kardinal Robert Frensis Prevost XIV Leo adını alaraq yeni Papa seçilib.
Kremlin sözçüsü Putinin Roma Katolik Kilsəsinin yeni rəhbərini təbrik edib-etməyəcəyi ilə bağlı suala “Tamamilə” cavabını verib.