İraqın təhlükəsizlik qüvvələri Bağdad yaxınlığında yük avtomobilində 35 raket daşıyan üç nəfəri saxlayıb.
Tvit.az xəbər verir ki, bu barədə “Mawazin News” telekanalı məlumat yayıb.
Məlumata görə, şübhəlilər Bağdadın Əl-Lətifiyyə ətrafında, Babil əyalətinə aparan yol üzərində saxlanılıblar. Yük avtomobilinə baxış zamanı 35 raket və odlu silah müsadirə edilib.
Hazırda hüquq-mühafizə orqanları müsadirə olunan raketlərin növünü müəyyənləşdirir. Saxlanılan şəxslərin hansı silahlı qruplaşmaya mənsub olduqları və silahların kimə çatdırılmasının nəzərdə tutulduğu araşdırılır.