Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İraq XİN: ABŞ və İran arasında müharibənin yenidən başlaması realdır
dünya

İraq XİN: ABŞ və İran arasında müharibənin yenidən başlaması realdır

06-11-2026 15:00 13 Baxış
IMG

İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması ehtimalını real ssenari kimi dəyərləndirib. 


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


O bildirib ki, ABŞ Konqresində Demokratlar Partiyasının hər iki palatada üstünlük qazanması Yaxın Şərqdə sülhün təmin olunacağına zəmanət vermir.


“Demokratların ABŞ Konqresinə nəzarəti ələ keçirməsi regionda müharibənin olmayacağına zəmanət deyil. ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması kifayət qədər real ssenaridir və bu, heç kimə sirr deyil”, – deyə Fuad Hüseyn vurğulayıb.


Elmin Alışov