Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyədə iki medal qazanıb
idman

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyədə iki medal qazanıb

07-05-2025 23:00 32 Baxış
IMG

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.

 

Tvit.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

 

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.

 

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.