Savat üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən “World Open Savate” turnirində uğurla çıxış edib.

Azərbaycan Savat Federasiyasından "Tvit.az"a verilən məlumata görə, Ağamirzə Mahmudbəyli (30 kiloqram) ilə Üzeyir Məsimov (36 kiloqram) kadetlər arasında təşkil olunan yarışda müvafiq olaraq, qızıl və bürünc medal qazanıblar.

Beyrək Bağırov (80 kiloqram) və Sənan Babazadə (+85 kiloqram) isə gümüş mükafat əldə ediblər.

Qeyd edək ki, yarışlar aprelin 25-dən 27-dək davam edib.