Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Cüdoçumuz bürünc medal qazandı
idman

Cüdoçumuz bürünc medal qazandı

24-04-2025 19:00 29 Baxış
IMG

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Tvit.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.

 

Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.

 

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.