Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
siyasət

Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev

21-04-2025 20:00 18 Baxış
IMG

Bizim Astanadakı görüşümüz (Çinin sədri Si Szinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

 

Tvit.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibəsində söyləyib.

 

“ÇXR-in sədri Si Szinpinlə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”, - dövlətimizin başçısı bildirib.

 

Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.