Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Tottenhem"in hücumçusu zədə səbəbindən Avropa Liqasının oyununu buraxacaq
idman

"Tottenhem"in hücumçusu zədə səbəbindən Avropa Liqasının oyununu buraxacaq

16-04-2025 23:00 49 Baxış
IMG

İngiltərə təmsilçisi "Tottenhem"in futbolçusu Son Hın Min UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt”la (Almaniya) cavab oyununda iştirak etməyəcək.

 

Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, hotspurluların baş məşqçisi Anqelos Postekoqlu cənubi koreyalı futbolçunun cavab matçı üçün Almaniyaya getmədiyini bildirib.

 

Buna 32 yaşlı hücumçunun ayağında zədə aşkarlanması səbəb olub.

 

Qeyd edək ki, "Tottenhem" və "Ayntraxt" kollektivləri arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.