Britaniya və Fransa hökumətləri iki tərəfin miqrantların mübadiləsini nəzərdə tutan saziş üzrə danışıqlar aparıb.
Tvit.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Ölkələr arasında müqavilənin Britaniyanın ailə birləşməsi proqramı çərçivəsində İngiltərədə qanuni status almaq istəyən digər miqrantların müqabilində Kanalı keçə bilən qeyri-qanuni miqrantları Fransaya geri göndərməsi nəzərdə tutulur.
Nəşrin yazdığına görə, Fransa Daxili İşlər Nazirliyi danışıqlar faktını təsdiqləyib və gələcək razılaşmanın son nəticədə bütün Avropa İttifaqına (Aİ) şamil ediləcəyinə ümid etdiyini bildirib. İdarədən həmçinin vurğulanıb ki, miqrantların mübadiləsi təkbətək həyata keçiriləcək.