Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO Ukraynanı sülhə sövq etməyi planlaşdırmır - Zaxarova
dünya

NATO Ukraynanı sülhə sövq etməyi planlaşdırmır - Zaxarova

09-04-2025 12:00 48 Baxış
IMG

NATO Ukraynanı sülhə sövq etməyi planlaşdırmır, alyansın baş katibi cəbhə xəttinin şərqə keçməsini istəyir.

Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Alyans öz marionetlərini sülh sazişi üzrə konstruktiv danışıqlara həvəsləndirmək üçün zərrə qədər istək nümayiş etdirmir:

"Əksinə, Şimali Atlantika Alyansı münaqişənin alovuna yağ tökmək üçün əlindən gələni edir. Brüsseldə keçirilən görüşdə Şimali Atlantika blokunun baş katibi Mark Rutte indi açıq şəkildə NATO baş katibinin birbaşa sitatının lehinə danışdı", - diplomat bildirib.

Aysel Şirinova