Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Xalq artistindən aparıcının qalmaqallı çıxışına sərt reaksiya
şou-biznes

Xalq artistindən aparıcının qalmaqallı çıxışına sərt reaksiya

31-03-2025 20:00 32 Baxış
IMG

Xalq artisti Faiq Ağayev "Kanal S"in aparıcısı Nigar Fərhadın "oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib.

"Tvit.az" xəbər verir ki, müğənni aparıcını "danışığını bilməyən ağılsız" hesab edib.

"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.

Əvəzində mağara düşüncəsi qoyur ortalığa.

Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb...

Çox acınacaqlı haldır", - deyə Xalq artisti bildirib.