Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar
idman

Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar

06-03-2025 23:00 55 Baxış
IMG

Avropa Gimnastikası bədii gimnastika üzrə qitə çempionatının ilkin rəqəmlərini açıqlayıb.

"Tvit.az" xəbər verir ki, yarış 39 ölkədən idmançıların iştirakı ilə iyunun 4-8-də Estoniyanın paytaxtı Tallinndə keçiriləcək.

Böyüklərin yarışında 224, yeniyetmələr arasında isə 130 gimnast mübarizə aparacaq.

Qrup komandalarının mübarizəsinə isə 19 böyük və 22 yeniyetmə kollektiv qatılacaq.

Azərbaycan millisinin heyətində ümumilikdə 16 gimnast yer alacaq ki, onların da adlara daha sonra açıqlanacaq.