Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Tvit.az xəbər verir ki, nazir bu barədə X sosial media hesabında yazıb.
"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.