AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Tvit.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək "Fənərbağça" (Türkiyə) - "Reyncers" (Şotlandiya) oyununun UEFA matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma martın 6-da İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.