Cəlilabadda küçədə yaşayan dörd azyaşlı uşaq sığınacağına verilib.
"Report"un məlumatına görə, onlar Cəlilabad Rayon Məhkəməsinin qərarı əsasında, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə sözügedən mərkəzə yerləşdiriliblər.
Uşaqların ehtiyacları qarşılanıb və azyaşlılar həkimlər tərəfindən ilkin qiymətləndiriliblər.