ABŞ Dövlət Departamentinin yeni rəhbəri Marko Rubio BƏƏ-dən olan həmkarı və Səudiyyə Ərəbistanının faktiki hökmdarı ilə telefonla danışıb. Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, ABŞ dövlət katibi Rubio ilk telefon danışıqlarını Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salman və BƏƏ-nin xarici işlər naziri Əl-Nəhyanla keçirib. Faktiki hökmdar ilə söhbət zamanı Suriya, Livan və Qəzza zolağında ümumi maraqların təşviqi müzakirə olunub. Rubio İran və onun peyklərindən gələn təhlükələri də qeyd edib.
BƏƏ rəsmisi ilə danışıq zamanı isə tərəflər girovların azad edilməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması məsələlərinə də toxunublar.