Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Lavrovun Bayramova məktubu siyasi sifarişdir - XİN
siyasət

Lavrovun Bayramova məktubu siyasi sifarişdir - XİN

13-01-2025 22:00 30 Baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda vurğulanır ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.

 

Saxta müəlliflər onu adi e-poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər.

 

Görünən odur ki, bu cür bəd niyyətli dezinformasiyaların arxasında dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı siyasi sifariş və spekulyasiyaya cəhd var", - məlumatda qeyd olunub.