Ukrayna Volyn vilayətində Belarusla sərhəddə istehkamların və atəş mövqelərin tikintisinə başlayıb.
Tvit.az xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andriy Demçenko bəyan edib.
Onun sözlərinə görə, hər hansı bir təhlükənin qarşısını almaq üçün şəraitin yaradılması üçün belə tədbirlər həyata keçirilib.
"Bu istiqamət bizim üçün təhdiddir", - Demçenko deyib.
Aysel Şirinova