Gürcüstan hakimiyyəti Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx əlaqələri möhkəmləndirməyə davam edəcək və Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün dəstəklənməsi üçün böyük səylər göstərəcək.
"Tvit.az" xəbər verir ki, bunu Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvili deyib.
“Gürcüstan sülhün və sabitliyin təmin edilməsində maraqlı tərəf kimi qonşu dövlətlərlə, xüsusən də Azərbaycan, Ermənistan və Türkiyə ilə daha da sıx əlaqələri gücləndirəcək”, - deyə Kavelavşili bildirib.