İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
"Tvit.az" xəbər verir ki, mətndə deyilir:
"Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından
Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm".