Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu avtobusların satışı gömrük rüsumundan azad edildi
sosial

Bu avtobusların satışı gömrük rüsumundan azad edildi

24-12-2024 19:00 30 Baxış
IMG

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

 

Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.